Azərbaycan İnformasiya Agentliyi (AİA)


20 gün əvvəl sirkə içən kişi öldü



Bakıda 20 gün əvvəl intihar məqsədilə sirkə turşusu içən şəxs xəstəxanada dünyasını dəyişib.

Azerbaycaninfo.az-ın Report-a istinadən verdiyi xəbərə görə, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Belə ki, iyunun 30-da 1955-ci il təvəllüdlü Cabir Cahangir oğlu Mehdiyev yaşadığı evdə intihar məqsədi ilə sirkə turşusu içib. O, Xəzər Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib və dünən orada vəfat edib.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.


0 0



Şərhlər (Facebook)