Azərbaycan İnformasiya Agentliyi (AİA)


Qızı bakirə olmaması ilə hədələyib pul aldı - Bakıda


Bakıda 25 yaşlı oğlan uzun müddət münasibətdə olduğu qadını bakirə olmaması ilə hədələyib pulunu və qızıllarını alıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Salyan rayon sakini, 1990-cı il təvəllüdlü G.M Binəqədi rayon prokurorluğuna müraciət edərək bildirib. O ərizəsində qeyd edib ki, bu ilin mart ayında tanışı, Sabirabad rayon sakini, 1992-ci il təvəllüdlü T.Ə onun bakirə olmadığını ailəsinə deyəcəyi ilə hədələyib. Bu yolla ondan 300 manat pul və 500 manat dəyərində qızıl üzük, qızıl boyunbağısını alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.


0 0



Şərhlər (Facebook)