Azərbaycan İnformasiya Agentliyi (AİA)


Bakıda ağacları qanunsuz kəsən sahibkar cərimələnib


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə əməl olunması vəziyyətini yoxlamaq məqsədi ilə növbəti reyd keçiriblər.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, reyd zamanı Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci mədən küçəsi 10k ünvanında, 43 saylı yanacaq doldurma məntəqəsinin ərazisində yaşköküstə 24-28 sm diametrliyində iki ədəd Eldar şamı ağacının kəsildiyi və təbiətə 1350 manat məbləğində ziyan vurulduğu müəyyən olunub.

Faktla bağlı ərazinin mülkiyyətçisi Elnur İbrahimov barəsində akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Binəqədi rayon Prokurorluğuna göndərilib.


0 0



Şərhlər (Facebook)