Azərbaycan İnformasiya Agentliyi (AİA)


"Həbs olunmamışam, hazırda evimdəyəm" - Hafiz Məmmədov



"Həbs olunmamışam, hazırda evimdəyəm" - Hafiz Məmmədov
Biznesmen Hafiz Məmmədov saxlanılması barədə şayiələri təkzib edib.Xatırladaq ki, məşhur biznesmenin tutulması haqda informasiya bu axşam bir sıra yerli KİV-də yayılıb. Onlarda xüsusi vurğulanırdı ki, Azərbaycan prezidenti Mühafizə xidmətinin sabiq əməkdaşı Müşviq Mədətova və polis zabitlərinə hücum edən şəxslər Hafiz Məmmədovun mühafizəçiləridir. Bu hadisələrdən sonra guya biznesmen özü də saxlanılıb.
Mətbuata danışan biznesmen isə deyib: “Mən bütün bu məlumatları və uydurmaları qəti surətdə təkzib edirəm. Mən saxlanılmamışam, öz evimdəyəm və yayılan yazılarda haqqında bəhs olunan şəxsləri tanımıram”.


0 0



Şərhlər (Facebook)