Azərbaycan İnformasiya Agentliyi (AİA)


Əli Həsənovun nəvəsinin maşın yarışması 2 nəfər ölümünə, 3 nəfərin isə yaralanmasına səbəb olub-Hərbi xidmətdə olmayan məmur övladı..


Əli Həsənovun nəvəsinin maşın yarışması 2 nəfər ölümünə, 3 nəfərin is yaralanmasına səbəb olub-Hərbi xidmətdə olmayan məmur övladı..

Bakının Heydər Əliyev prospektində “Gelandevagen” markalı avtomobil ilə dəhşətli yol qəzası törətməkdə təqsirli bilinən Nail Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə məhkəmə prosesi başlanıb.

Prosesdə çıxışı zamanı Nail Allahverdiyev 1994-cü ildə Sumqayıt şəhərində anadan olduğunu bildirib:

"Subayam, hərbi xidmətdə olmamışam".

Məlum olub ki, cinayət işi üzrə zərərçəkmiş Türkiyə vətəndaşları və onların nümayəndələri prosesdə iştirak etməyib.

Mərhum Mehdi Əliyevin həyat yoldaşı Ülviyyə Əliyeva və mərhum Vaqif Əsədovun oğlu Ramiz Əsədov iş üzrə hüquqi varis qismində tanınınıb. Digər iki zərərçəkmiş - Adil Ocaqverdiyev və Rauf Səmədov da işə cəlb olunub.

Prokuror Ramin Nağdəliyev cinayət işinin məhkəmə baxışına verilməsini istəyib.

Hakimlər cinayət işinin məhkəmə baxışına verilməsini, Nail Allahverdiyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilib.

Məhkəmə baxışı dekabrın 1-nə təyin edilib.

İttihama görə, bu il avqustun 3-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılardan ikisi Türkiyə vətəndaşıdır.

Məlum olub ki, hadisə zamanı Nail Allahverdiyevin idarə etdiyi “Gelandevagen” markalı avtomobil Mirməhəmməd İsmayılovun sürdüyü 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” avtomobil ilə yarışırmış. Avtoxuliqanlıqda günahlandırılan Mirməhəmməd İsmayılov bir ay müddətinə inzibati həbs cəzasına məhkum edilib.

Nail Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Nail Allahverdiyev baş nazirin müavini və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsidir.


0 0



Şərhlər (Facebook)