Azərbaycan İnformasiya Agentliyi (AİA)


İcra başçısının müavininin oğluna 5 il cəza verildi - Şahmar İbadovun oğlu məntəqə tipli müəssisədə cəza çəkəcək


Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu Elmir İbadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

azerbaycaninfo.az APA-ya istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə E. İbadov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edilib.

Qeyd edək ki, Elmir İbadov bu il avqustun 22-də idarə etdiyi "Range Rover" markalı avtomobillə yaşlı qadını vurub və qadın ölüb.


0 0



Şərhlər (Facebook)