Azərbaycan İnformasiya Agentliyi (AİA)


Dinar Fardilon Nasir oğlu törətdiyi qəza müəmmaya döndü - Vaqif Əsədov məlumatsız olduğun vuğulayır


Bir müddət əvvəl xəbər verdiyimiz kimi Reportun yaydığı məlumatı daha sonra səhifələrindən silməsi bunu deməyə əsas verir ki, artıq bütün cinayətlərin ört-basdır edilməsi üçün cinayətkarın sifarişi əsas prinsiplərinə çevrilib. Əsas göstərilmədən hadisənin faktlarını xəbər portalından silinməsi məhz bunu deməyə əsas verir. Biri birini öldürür və bununla bağlı yayılan xəbər saytdan silinməsi üçün yüksək dairələrin xahişləri başlayır. Media rəhbəri isə asılı olduğu şəxslərdən təlimatını aldıqda məcburiyyət qarşısında xəbəri saytdan silməli olurlar. Qısa müddət əvvəl 10-NZ-777 dövlət qeydiyyatlı avtomobil qəza törətməsi ilə bağlı xəbər yayımlanmışdı. Bəzi xəbər portalarıda həmin xəbəri reporta istinadla dərc etmiş və mənbə qısa müddət sonra xəbəri saytdan silmişdir.

BakuNews.az saytının apardığı araşdırmadan məlum olub ki, 10-NZ-777 dövlət qeydiyyatlı avtomobil Fardilon Nasir Tağı oğluna məxsusdur. Hadisəni törədən şəxs isə onun övladı olan Dinar Fardilondur. Bundan əlavə avtomobilin idarə edilməsi 3 şəxsə həvalə edilib. Etibarnamə ilə idarə edilməsi üçün Dinar Fardilon Nasir oğlu, Səbinə Fardilon Nasir qızı, Sünbül Fardilon Vəli qızına verilmişdir. Hadisənin törədilməsində təqsirli bilinən Dinar Fardilon Nasir oğlu isə sosial şəbəkələrdə apardığımız araşdırmalara görə, lüks həyat tərzi sürən “Fardilon” travel turizm şirkətinin rəhbərinin oğludur.

Əsas məsələ isə hadisədən sonra Bakunews.az-ın Bakı Şəhər Dövlət Yol Polis idarəsinin ictimai əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədova verdiyimiz sual və bu sualın bu günə kimi cavabsız qalmasıdır. Heydər Əliyev prospektində törədilən avtoqəzanın təfərüatını sual etdiyimiz BŞDYP sözcüsü hadisə ilə bağlı məlumatının olmamasını və bu tip məsələlərdə onların deyil polis şöbələrinin baxdığını vurğulaması olub. Məslə ilə bağlı heç bir məlumat verməyən DYP sözcüsü və RPŞ cinayət faktının hansı səpkidə həl olunmasını gizli saxlamaqdadırlar. Dinar Fardilonun səbəb olduğu deyilən avtoqəzanın səbəbkarının həbs edilib edilməməsidə gizli saxlanılmaqdadır.


0 0



Şərhlər (Facebook)