Azərbaycan İnformasiya Agentliyi (AİA)


Saatlıda 21 işçi pambıq tarlasında kimyəvi maddədən zəhərləndi


Saatlıda tarlada işləyən şəxslər zəhərlənib.

"Report" bildirir ki, hadisə rayonun Smada kəndi ərazisində qeydə alınıb.

Belə ki, pambıq tarlasında işləyən 21 işçi zəhərlənmə diaqnozu ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hətta onlara yardım göstərən feldşer, 1988-ci il təvəllüdlü Mehdiyev Hikmət Mirəli oğlu da zəhərlənib.

İlkin məlumata görə, işçilərin pambıq tarlalarında alaq otlarına qarşı mübarizə aparmaq məqsədi ilə "Formula 5-FEC" kimyəvi dərmanından zəhərləndikləri bildirilir. Artıq bununla bağlı bütün aidiyyəti orqanlara məlumat verilib.

Rayona Bakıdan həkimlərin göndəriləcəyi gözlənilir.

Faktla bağlı araşdırma aparılır.


0 0



Şərhlər (Facebook)