Azərbaycan İnformasiya Agentliyi (AİA)


Kilsə işçiləri 9 yaşlı qıza qarşı seksual hərəkətlər etdi-Bakıda kilsədə rəzalət



Kilsə işçiləri 9 yaşlı qıza qarşı seksual hərəkətlər etdi-Bakıda kilsədə rəzalət

Rus Pravoslav kilsəsinin Bakı yeparxiyasında qalmaqallı hadisə baş verib.

BakuPost Sputnik-ə istinadən xəbər verir ki, 20 iyunda Nəsimi rayon 22-ci polis bölməsinə Bakı şəhər sakini M.X şikayət ərizəsi ilə müraciət edib. O ifadəsində bildirib ki, bu ilin 14 fevral tarixində 9 yaşlı qızı ilə Bakıda həmişə getdiyi kilsəyə dua etməyə gedib.

Qadın dua edərkən, iki nəfər kişi onun qızını kilsənin digər binasına apararaq, uşağa qarşı seksual xarakerli hərəkətlər tətbiq ediblər. Uşaq baş verənlər barədə anasına dərhal məlumat verməyib. 4 ay keçdikdən sonra uşaq baş verənləri danışıb. Şikayətçi uşağa qarşı bu hərəkətləri edənlərin adlarını açıqlayıb, lakin sayt etik qaydalara görə onların kimliyini dərc etməyib.

Faktla bağlı materiallar Nəsimi rayon Polis idarəsinə təqdim olunub və cinayət məcəlləsinin 152-ci maddəsinə əsasən istintaq araşdırması başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının müvafiq ekspertizası aparılacaq.

Məsələ ilə bağlı sayt Bakıdakı kilsələrdən birinin məsul rəhbəri protoirey Mefodeyə müraciət edib. Mefodey ata bildirib ki, ilk dəfədir kilsə divarları arxasında azyaşlı qıza qarşı belə bir cinayət barədə eşidir. Lakin o etiraf edib ki, təqsirləndirilən şəxslər kilsənin əməkdaşlarıdır. Mefodey ata bu iki nəfərin açıqlama verməyəcəyini bildirib.


0 0



Şərhlər (Facebook)