Azərbaycan İnformasiya Agentliyi (AİA)


18 yaşlı qız özünü bıçaqlayıb


18 yaşlı qız özünü bıçaqlayıb

Samuxda ali məktəbə daxil ola bilməyən qız özü özünü bıçaqlayıb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə Samux rayon İnstitut qəsəbə sakini 1995-ci il təvəllüdlü Gülşən İbrahimova qarnın kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Üzərində cərrahiyyə əməliyyatı aparıl 18 yaşlı qızın vəziyyəti normal qiymətləndirilir. Samux rayon Polis Şöbəsindən bildiriblər ki, Gülşən İbrahimova əvvəlcə tanımadığı şəxs tərəfindən bıçaqlandığını bildirsə də sonra hadisəni olduğu kimi danışıb. Qeyd edib ki, o ali məktəbə qəbul ola bilmədiyi üçün əsəbiləşib və özünü bıçaqlayıb. Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

Ülvi, "azerbaycaninfo.com"


0 0



Şərhlər (Facebook)