Azərbaycan İnformasiya Agentliyi (AİA)


Sabirabadda dəhşət: Bir ailənin 5 üzvü yanıb öldü


Sabirabadda dəhşət: Bir ailənin 5 üzvü yanıb öldü

Sabirabad rayonunda dəhşətli yanğın hadisəsi baş verib

Rayonun Qaratoğay kəndində Rzayevlər ailəsində məxsus evin yanması nəticəsində ailənin ikisi qadın, üçü azyaşlı olmaqla beş üzvü yanaraq ölüb.

Hadisə bu gün səhər saat 6.30 radələrində baş verib.

Fövqəladə Hallar Nazirliyinin Sabirabad Yanğından Mühafizə Hissəsindən APA-ya faktı təsdiqləyiblər.

FHN də hadisə ilə bağlı məlumat yayıb. Məlumata görə, Sabirabad rayonunun Qaratoğay kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1967-ci il təvəllüdlü Rzayeva Nəzakət Hüseynağa qızı, 1991-ci il təvəllüdlü Rzayeva Lamiyə Mahir qızı, 2009-cu il təvəllüdlü Rzayeva Mənsumə Zabil qızı, 2012-ci il təvəllüdlü Rzayeva Yağmur Zabil qızı və 2013-cü il təvəllüdlü Rzayeva Gülay Zabil qızının cəsədləri yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yanğın saat 08:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.


0 0



Şərhlər (Facebook)