Azərbaycan İnformasiya Agentliyi (AİA)


ŞOK! Azərbaycanda dönərdə ölmüş heyvan əti aşkarlanıb


ŞOK! Azərbaycanda dönərdə ölmüş heyvan əti aşkarlanıb

Monitorinqlər davam etdirilir

Azərbaycanda ölmüş heyvanların ətindən dönərdə istifadə edildiyi barədə faktlar aşkarlanıb.


Bunu “APA-Economics”ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov bildirib.

Komitə sədrinin sözlərinə görə, artıq bununla bağlı monitorinqə başlanıb.

“Biz istəyirik ki, bu dönər ətləri kustar üsulla, yəni, dönərxanaların özündə yox, müasir standartlara cavab verən müəssisələrdə hazırlansın. Bu ətlərin xaricdən də gətirilməsi mümkündür. Amma əsas tələbimiz odur ki, dönər ətinin istehsalı zamanı təhlükəsizlik tələbləri yerinə yetirilsin”, - deyə R. Həsənov qeyd edib.


0 0



Şərhlər (Facebook)