Azərbaycan İnformasiya Agentliyi (AİA)


Sabunçuda orta məktəbdən 21 ədəd kompyuter oğurlandı


Bakının Sabunçu rayonunda məktəbdən oğurluq edilib. Xəbərə görə, oğurluq hadisəsi Bakıxanov qəsəbəsi, Sülh küçəsi 19 ünvanında yerləşən 74 saylı orta məktəbdə qeydə alınıb. Məktəbin direktoru Rüxsanə Şəmistan qızı Əliyevanın xudməti otağından 21 ədəd HP stolüstü kompyuteri oğurlanıb. Məktəb direktoru Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, oğurluq hadisəsi məktəb tətili zamanı baş verib. Hazırda polis məktəbdən oğurluq edən şəxs və ya şəxslərin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat tədbirləri keçirirlər. Faktla bağlı cinayət işi başlayıb.Teleqraf.com


0 0



Şərhlər (Facebook)