Главная > Hadisə > Sabirabadda 14 yaşlı qız dərmandan zəhərlənərək öldü

Sabirabadda 14 yaşlı qız dərmandan zəhərlənərək öldü


25 25 2017. Разместил: azerbaycan

Sabirabad rayonunda yeniyetmə qız zəhərlənmədən dünyasını dəyişib.

Azerbaycaninfo xəbər verir ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasına rayonun Mürsəlli kənd sakini, 2003-cü il təvəllüdlü Gözəlova Leyla Şövqi qızı zəhərlənmə diaqnozu ilə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq yeniyetmə qız dünyasını dəyişib. İlkin məlumata görə, qızın dərman preparatından zəhərləndiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад