Azərbaycan İnformasiya Agentliyi (AİA)


Qurban Qurbanovdan uğursuzluğa ilk şərh


Qurban Qurbanovdan uğursuzluğa ilk şərh

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Viktoriya" ilə bərabərə qaldıqları cavab oyununu (1:1) şərh edib.

Azərbaycaninfo.az-ın xəbərinə görə, o, matçdan dərhal sonra "CBC Sport"a açıqlamasında bunları deyib:

"Komandanın oyunundan, futbolçulardan razı qaldım. Qismət deyilmiş. Çatışmazlıqlar var. Bəzi hallar var ki, bizdən asılı deyil. Bu oyunu yaddan çıxarmaq olmayacaq".

Qeyd edək ki, "Viktoriya" səfərdə vurduğu qol sayəsində növbəti mərhələyə yüksəlib.


0 0



Şərhlər (Facebook)