Azərbaycan İnformasiya Agentliyi (AİA)


FİFA bütün çempionatlarda sükut elan edib


Kolumbiyadakı təyyarə qəzasında həyatlarını itirən Braziliyanın "Şapokeonse" klubunun üzvlərinin xatirəsini yad etmək məqsədilə həftəsonu bütün çempionatlarda keçiriləcək oyunlardan öncə bir dəqiqəlik sükut olunacaq. Məlumata görə, bu barədə qərarı FİFA qəbul edib. Qərara əsasən, futbolçular oyunlara qara sarğıda çıxmalıdırlar. Qeyd edək ki, bu həftə Azərbaycanda yalnız ölkə kubokunun 1/8 final oyunları keçiriləcək. Bakının "İnter" klubu həmin qəzada dünyasını dəyişmiş sabiq futbolçusu Filipe Maçadonu yad edəcək. Peşəkar Futbol Liqasının razılığına əsasən, "Qaradağ Lökbatan"la bugünkü görüşdən öncə bir dəqiqəlik sükut olacaq.
Qəzada təyyarədə olan 81 nəfərdən 76-sı dünyasını dəyişib. Onlardan 22-si "Şapokeonse" klubunun futbolçuları olub. Filipe Maçadodan əlavə, "Xəzər Lənkəran"ın sabiq müdafiəçisi Villiam Tieqo de Xesus da faciəvi hadisədə həyatını itirib.


0 0



Şərhlər (Facebook)