Azərbaycan İnformasiya Agentliyi (AİA)


Fransada ilin ən yaxşı futbolçusu müəyyənləşib


Fransanın 2016-cı ildə ən yaxşı futbolçusunun adı açıqlanıb. Apasport.az saytı xəbər verir ki, “France Football” nəşrinin keçirdiyi sorğunun qalibi Antuan Qrizmann olub.
O, mükafat uğrunda mübarizədə PSJ-in yarımmüdafiəçisi Matyuidini qabaqlamağı bacarıb. Qrizmann başa çatmaq üzrə olan ildə həm Çempionlar Liqası, həm də Avropa çempionatının finalında məğlubiyyətlə üzləşib. Qeyd edək ki, 25 yaşlı futbolçu “Qızıl top” mükafatının sorğusunda isə Kriştianu Ronaldo və Lionel Messidən sonra 3-cü olmuşdu.


0 0



Şərhlər (Facebook)