Azərbaycan İnformasiya Agentliyi (AİA)


Ueyn Runi “Mançester Yunayted”-dən getdi



İngiltərə yığmasının hücumçusu Ueyn Runi “Everton”-a qayıdıb.

Azerbaycaninfo.az Report-a istinadən xəbər verir ki, o, klubla 2 il müddətinə müqavilə imzalayıb, sövdələşmənin maliyyə şərtləri açıqlanmır.

“Yenidən bura qayıtmaq çox gözəldir. Yeni komanda yoldaşlarımı görməyi, məşqə çıxmağı və matçda oynamağı səbirsizliklə gözləyirəm. Mən əvvəllər bildirmişdim ki, təkcə “Mançester Yunayted” və "Everton”da oynayacağam, ona görə xoşbəxtəm ki, bu transfer baş tutdu. Mən heç vaxt digər ingilis klubunun rənglərini müdafiə etməzdim”, - deyə 31 yaşlı futbolçu bildirib.

Runi 2016/17-ci illər mövsümündə keçirdiyi 39 oyunda 8 qol vurub və 10 məhsuldar ötürmə edib.

O, futbolçu karyerasına “Everton”da başlayıb və klubda 67 oyun (2002-2004) keçirib, 2004-cü ildə ser Aleks Ferqyusonun təşəbbüsü ilə “Mançester Yunayted”ə (393 oyun, 183 qol) keçib. Bombardir burada 13 il ərzində Çempionlar Liqası və Avropa Liqasını qazanıb və 5 dəfə İngiltərə çempionu olub.


0 0



Şərhlər (Facebook)