Azərbaycan İnformasiya Agentliyi (AİA)


Gürcü jurnalistin hədiyyəsi Qurban Qurbanova “turş” gəldi



Sabah “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Samtredia” klubunu qəbul edəcək.

Azerbaycaninfo.az yenicag.az-a istinadən xəbər verir ki, oyundan öncə “Azərsun Arena”da təmsilçimizin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Tədbir maraqlı hadisə ilə yadda qalıb.

Belə ki, Gürcüstandan gələn jurnalistlərdən biri Qurbanovu əvvəlcə Azərbaycan dilində salamlayıb və ona hədiyyə təqdim edib. O, çalışdırıcıya qələm, gürcü çaxırı və qədəh verib.

Qurbanov isə öz növbəsində hədiyyəyə görə təşəkkür edərək, inanclı olduğunu, bu səbəbdən içki içmədiyini bildirib.


0 0



Şərhlər (Facebook)