Azərbaycan İnformasiya Agentliyi (AİA)


“Kontenin əlini sıxmaq üçün dalınca qaçmalıydım?” – Mourinyo


“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo “Çelsi” ilə dünənki Premyer Liqa matçından (0:1) sonra rəqib məşqçi Antonio Konte ilə görüşməməsinin səbəbini açıqlayıb.

Azerbaycaninfo.az-n xəbərinə görə, oyundan sonra keçirilən mətbuat konfransında bununla bağlı suala cavabında portuqaliyalı mütəxəssis deyib:

“Görüş qurtaranda o meydanın mərkəzinə getdi. Mən onun əlini sıxmaq üçün dalınca qaçmalıydım? Kim ki, texniki zonada idi, yaxınlaşıb görüşdüm. Mən Kontenin köməkçisi olan qardaşının da əlini sıxdım. Fikrimcə, bu, kifayət edər. Kontenin arxasında qaça bilməzdim axı. Onu nəyə görə tuneldə gözləməliydim? Burda problem yoxdur. Jurnalistlər bəzən lazım olmayan çox xırdalıqdan yazırlar”.


0 0



Şərhlər (Facebook)