Azərbaycan İnformasiya Agentliyi (AİA)


Səbail və Nərimanov Rayon İcra Hakimiyyətləri üz-üzə


Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi
siyasətin böyük bir istiqaməti ölkəmizdə sosial məsələlərin həllinə yönəldilmiş,
idmana olan diqqət və qayğının artırılması ilə idmançılarımızin müxtəlif
səviyyələrdəki qələbələrinin sayı xeyli artmışdır. Ölkədə tikilən Olimpiya
Kompleksləri, İdman və Sağlamlıq Mərkəzlərinin sayı artdıqca yeniyetmə və
gənclər arasinda idmanın müxtəlif növlərinə olan maraq artır, daha çox insan öz
sağlamlıqlarını möhkəmlətmək, asudə vaxtından səmərəli keçirmək üçün bu idman
qurğularından istifadə edir.
Ölkə başçısınin tapşırığı ilə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi
layihə əsasında tikilmiş və cənab prezidentin iştirakı ilə bu ilin oktyabr ayının 28-
də açılışı olmuş İdman və İstirahət parkı artıq nəinki rayon sakinləri, eləcə də
şəhərimizin digər yerlərində yaşayanların sevimli istirahət yerinə çevrilməkdədir.
20-ci yaşayış sahəsi, Su İdmanı sarayı ilə üzbəüz 1,7 ha ərazidə yerləşən bu
parkda 2 ədəd basketbol, 1 həndbol və mini fulbol meydançaları, açıq havada məşq
etmək üçün müxtəlif idman trenajorları qurulub, bu meydançaların döşəməsinə
xüsusi yumşaq materaillar vurulub.
Ekstremal idman növlərini sevən uşaq və yeniyetmələr üçün döşəməsinə
xüsusi material vurulan skeytbordinq meydançası düzəldilib və gənc ekstremallar
buraya gəlirlər.
Açıq havada stolüstü tennislə məşğul olmaq üçüq stollar qoyulub.Parkın
böyük bir hissəsində müxtəlif idman trenajorları sakinlərin xüsusi marağına səbəb
olub. Burada burada istər gənclər, istərsə də yaşlı nəsil nümayəndələri fəal məşq
edirlər.
Yaxınlıqdaki məktəblərin kollektivləri bu parkda idmanın müxtəlif növləri
üzrə yarışlara çıxırlar. Belə ki, burada basketbol, həndbol, voleybol, mini futbol və
s. idman növləri üzrə yarışlar keçirməyə və məşq etməyə, ən əsası isə öz
sağlamlıqlarını möhkəmləndirmək üçün idmanla məşğul olmağa hər cür şərait
yaradılıb.
Dövlət Bayrağı günündə İdman və İstirahət parkinda təşkil olunan ilk idman
yarışı paytaxt Bakı şəhərinin dostluq və əməkdaşlıq əlaqələrinin çox sıx olduğu
Səbail və Nərimanov rayonlarının İcra Hakimiyyətləri Aparatlarının əməkdaşları
arasinda keçirilən mini futbil üzrə yoldaşlıq görüşü olmuşdur. Gündəlik iş
prossesində daima əlaqəli çalışan, paytaxtımızın sosial-iqtisadi inkişafına öz
töhfələrini verən bu iki dost rayon arasında keçirilən yoldaşlıq oyununda rayon
rəhbərləri, icra aparatlarının həm gənc, həm də veteran əməkdaşları iştirak etmiş,
yekunda dostluq qələbə çalmışdır.
Gələcəkdə də rayonlar arasında dostluq əlaqələrinin daha da
möhkəmlənməsinə xidmət göstərən idmanın başqa növləri üzrə də yoldaşlıq
yarışlarının keçirilməsi nəzərdə tutulmuşdur.


0 0



Şərhlər (Facebook)