Azərbaycan İnformasiya Agentliyi (AİA)


Ronaldinyo əldən çıxdı!


Ronaldinyo əldən çıxdı!-Türkiyənin “Beşiktaş” klubunun transfer etməyə çalışdığı braziliyalı futbolçu Ronaldinyo hazırkı klubu “Atletiko Mineiro” ilə yeni müqavilə imzalayıb. “Anadolu” agentliyinə istinadən məlumata görə, braziliyalı futbolçunun Türkiyədəki nümayəndəsi Ayhan Yaşılbaş “Atletiko Mineiro” klubunun prezidenti Alexandre Kalilin Ronaldinyo ilə müqavilənin yenilənməsi ilə bağlı məlumatları təsdiqləyib. Ayhan Yaşılbaş deyib ki, Ronaldinyonun meneceri və böyük qardaşı Roberto Assis də ona zəng edərək, futbolçunun yeni müqavilə imzaladığını bildirib. “Maddiyyatdan əlavə başqa amillərin də təsiri olduğunu düşünürəm. Çünki, “Beşiktaş” çox gözəl təklif irəli sürmüşdü”.


0 0



Şərhlər (Facebook)