Azərbaycan İnformasiya Agentliyi (AİA)


İki qardaş-iki Dünya Çempionu


İki qardaş-iki Dünya Çempionu
İki qardaş-iki Dünya Çempionu

İki qardaş-iki Dünya Çempionu
13-15 oktyabr 2017-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində Kyokşinkay Karate İdman növü üzrə keçirilən Dünya Kubokunda ölkəmizin uşaq, gənc və kişilərdən ibarət yığma komandası ən yüksək nəticə əldə edərək Dünya Kubokunun sahibi olublar. 21 ölkədən 400-dən çox idmançının qələbə uğrunda mübarizə apardığı bu çempionatda Rusiya və Türkiyə milliləri isə müvafiq olaraq ikinci və üçüncü pillələrdə yer alıblar.
Qalib idmançıların arasında Nahid və Turan Ramazanzadə qardaşları xüsusilə diqqətimizi cəlb etdi və bu kiçik yaşlı karateçilərimizlə onların məşq etdikləri “Sədərək” idman klubunda görüşdük.
Ramazanzadə Nahid Mahir oğlu 2006-cı ildə, qardaşı Turan isə 2009-cu ildə anadan olmuşlar. Hər iki qardaş Nizami rayonu, 214 №li məktəbdə təhsil alırlar.
“Sədərək” idman klubunun baş məşqçisi , V dan qara kəmər sahibi Kərim Mahmudov bu qardaşlar haqqında qürur hissi ilə danışaraq bildirdi ki, Nahid 2011-ci, Turan isə 2012-ci ildən məşqlərə başlayıblar. Kyokşinkay Karatenin sirlərinə əzmlə yiyələnən bu balaca idmançılar indiyədək dəfələrlə ölkə çempionatlarının və turnirlərinin qalibi olmuşlar.
Hər iki qardaş 2016-cı ildə Gənclər və İdman Nazirliyi tərəfindən “İdman Ustalığına namizəd” və “İlin ən yaxşı döyüşçüsü” fəxri adlarına layiq görülmüşlər.
2017-ci ilin iyul ayında İran İslam Respublikasında keçirilən Asiya çempionatında hər iki qardaş fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq “Asiya çempionu” adını qazanmışlar.
Və nəhayət 13-15 oktyabr 2017-ci il tarixdə Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Kuboku uğrunda yarışlarda qardaşlar ənənələrinə sadiq qalaraq hər biri öz çəki dərəcələrində birinci yerə çıxaraq qızıl medala layiq görülmüşlər .
Çempion qardaşların atası Ramazanov Mahir sevincdən gözləri dolmuş halda oğullarının belə yüksək nailiyyətlər qazanmasında əməyi olan hər kəsə , o cümlədən Kyokşinkay Karate federasiyasının Prezidenti, IX dan qara kəmər sahibi Teyyub Əzizova və məşqçi Kərim Mahmudova öz təşəkkürünü bildirdi.
Biz də öz növbəmizdə balaca idmançılarımıza daha böyük nailiyyətlər, Azərbaycan bayrağını hər zaman yüksəklərə qaldırmalarını arzu edirik.

Aydın Adıgözəlli



0 0



Şərhlər (Facebook)