Azərbaycan İnformasiya Agentliyi (AİA)


Aqil Acalovun yeni uğuru


Aqil Acalovun yeni uğuru
Aqil Acalovun yeni uğuru

2017- ci il, noyabr ayının 25- də saat 15: 00 da Bakı şəhərində Sərhədçi Olimpiya idman Kompleksində Alqaput Turan Döyüşü sənəti üzrə Dünya kubokunun açılış mərasimi baş tutdu.

Bu təntənəli mərasim Alqaput Fedarsiyasının prezidenti Aqil Acalovun növbəti yeni uğuru idi.

Alqaput Turan Döyüşü sənəti üzrə Fedarasiyanın prezidenti Aqil Acalov mərasimin başlanğıcında çıxış edərək, ilk öncə ölkə başçısı İlham Əliyev cənablarının ölkəmizdə idmana və gənclərə dəstəyi və diqqətindən söz açdı, məmnunluğunu və minnətdarlığını bildirdi.

Mərasimə qatılan xarici ölkələr arasında; Azərbaycanla yanaşı, Ukrayna, Rusiya, Türkiyə, İran, Hindistan, Pakistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Macarıstan və Gürcüstan ölkələrinin gənc və yeniyetmə idmançıları da qatılmışdılar. Nepal Və Banqladeş idmançıları bu dəfəki yarışda iştirak etmirdilər.

Xatırladaq ki, sözügedən yarış Azərbycan Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Döyüş Assosiyasiyaları tərəfindən yaradılmış təşkilat komitəsinin vasitəsi ilə həyata keçirilirdi.

Son dərəcə təntənəli şəkildə keçən Alqaput Turan Döyüşü üzrə Dünya kubokunun açılış mərasimində Millət vəkilləri, dövlət rəsmiləri, idman xadimləri, idman Ustaları, ictimaiyyətdə fəal olan nümayəndələr və həmçinin estrada aləminə aid şəxslər də iştirak edərək, tədbirə xeyli xoş əhval- ruhiyyə qatdılar. Açılış mərasimində, həmçinin konsert proqramında çıxış edən gənclərdən ibarət rəqs qrupu, “Azəri inciləri” adlanan mahnı ifaçılarından ibarət qrupun üzvləri; gənc uşaqlar da çıxış edərək, qonaqları və yerli sakinlərdən ibarət izləyiciləri xeyli əyləndirdilər. Tədbirdə idman aləmində və idmana dəstək olaraq mədəniyyət sahəsində çalışan bir sıra şəxslərə diplomlar təqdim olundu.

Azerbaycaninfo.az saytı olaraq, Alqaput Turan Döyüşü sənəti üzrə federasiyanın prezidenti Aqil Acalovu yeni uğuru ilə təbrik edir, ona idman və gənclərin həyatında göstəriyi bu fəallığına görə dərin təşəkkürümüzü bildiririk. Uğurlarınız bol olsun, qələbəmizi tezliklə Qarabaqğda qeyd etmək arzusu İlə!

Aynur Nurlu
Aqil Acalovun yeni uğuru
Aqil Acalovun yeni uğuru
Aqil Acalovun yeni uğuru
Aqil Acalovun yeni uğuru
Aqil Acalovun yeni uğuru


0 0



Şərhlər (Facebook)