Azərbaycan İnformasiya Agentliyi (AİA)


Qurban Berdıyev azərbaycanlı oyunçunu seçdi


“Rubin”in baş məşqçisi Qurban Berdıyev Rusiya Premyer Liqasında 2017-ci ilin ən yaxşı gənc futbolçusu adına seçimini edib.

Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, o, birinci yerə “Anji”nin azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyevi layiq bilib. K.Berdıyev növbəti səslərini Fyodor Çalov (SSKA) və Rifat Jemalendinova ("Rubin") verib.

“Rubin”in baş direktoru Rustam Sayaxov da Ayaz Quliyevi “üçlüy”ə daxil edib. O, azərbaycanlı futbolçunun adını 2-ci qeyd edib. R. Sayaxov ilk pilləyə “Rubin”in hücumçusu Rifat Jemaletdinovu layiq görüb.

Qeyd edək ki, səsvermədə klublar rəhbərləri, nümayəndələri, məşqçiləri, milli komanaların çalışdırıcıları və jurnalistlər iştirak edirlər.

Əlavə edək ki, ən gənc futbolçu adına digər namizədlər yuxarıda adları qedy edilən futbolçulardan başqa Dmitri Barinov ("Lokomotiv), Aleksandr Zuyev ("Rostov) və İvan Oblyakovdur ("Ufa").


0 0



Şərhlər (Facebook)