Azərbaycan İnformasiya Agentliyi (AİA)


Türkiyə Super Liqasında “Beşiktaş” "Qalatasaray"ı məğlub edib


Türkiyə Super Liqasında XIV tura start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk görüşündə “Akhisar”la “Yeni Malatyaspor” üz-üzə gəlib.

Matçda hesab açılmayıb.

Həftənin mərkəzi görüşü də bu gün baş tutub. Son çempion “Beşiktaş” doğma divarlar arasında hazırkı lider “Qalatasaray”ı darmadağın edib (3:0)

İstanbulun bir digər böyük komandasın “Fənərbaxça” isə bazar günü “Kasımpaşa”nı qəbul edəcək.

Liderlər mövqeyində qərarlaşmış “Başakşəhər” də həftəsonunu evdə keçirəcək. Komanda “Osmanlıspor”u sınağa çəkəcək.

Türkiyə Super Liqası
XIV tur

2 dekabr
“Akhisar” – “Yeni Malatyaspor” – 0:0

“Karabükspor” – “Göztəpə” – 0:1
Qol: Yahoviç, 58

“Beşiktaş” – “Qalatasaray” - 3:0
Qollar: Cenk, 46, Tosiç, 70, Neqredo, 90+1

3 dekabr
15:00 “Gənclərbirliyi” – “Sivasspor”
15:00 “Konyaspor” – “Bursaspor”
17:30 “Başakşəhər” – “Osmanlıspor”
20:30 “Fənərbaxça” – “Kasımpaşa”

4 dekabr
21:00 “Alanyaspor” – “Kayserispor”
21:00 “Trabzonspor” – “Antalyaspor”a


0 0



Şərhlər (Facebook)