Azərbaycan İnformasiya Agentliyi (AİA)


Messinin qol vura bilmədiyi komandaların – Siyahısı


Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə “Çelsi”nin qapısına yol tapan “Barselona”nın hücumçusu Lionel Messi şəxsi göstəricisini yaxşılaşdırıb.

Qol.az-ın məlumatına görə, London klubu ilə görüşün 75-ci dəqiqəsində fərqlənən argentinalı futbolçu Çempionlar Liqasında qarşılaşdığı, ancaq qol vura bilmədiyi komandaların sayını azaldıb. Hazırda 6 klub var ki, Messi onları məyus edə bilməyib:

“Udineze” (İtaliya, 70 dəqiqə)
“Benfika” (Portuqaliya, 122 dəqiqə)
“Liverpul” (İngiltərə, 180 dəqiqə)
“Rubin” (Rusiya, 237 dəqiqə)
“İnter” (İtaliya, 270 dəqiqə)
“Atletiko” (İspaniya, 360 dəqiqə)

Qeyd edək ki, dünən “Çelsi” ilə görüşdə fərqlənərək, komandasını məğlubiyyətdən xilas edən Messi bundan əvvəlki 8 oyunda London klubunun qapısına yol tapa bilməyib.


0 0



Şərhlər (Facebook)