Azərbaycan İnformasiya Agentliyi (AİA)


"Yuventus" öz meydanında "Milan"ı məğlub edib - VİDEO


"Yuventus" futbol üzrə A Seriyasının 30-cu turunda "Milan"ı məğlub edib.

“Report” xəbər verir ki, Turinin "Alyans Yuventus" stadionunda keçirilən görüş 3:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

"Yuventus" bu qələbə sayəsində xallarının sayını 78-ə çatdırıb və İtaliya çempionatının turnir cədvəlinə liderliyini davam etdirir. "Milan" 50 xal ilə 6-cıdır.

İtaliya A Seriyası. 30-cu tur

"Yuventus" – "Milan" - 3:1

Qollar: 1:0 – Dibala – 8, 1:1 – Bonuççi – 28, 2:1 – Kuadrado – 79, 3:1 – Hedira – 87


0 0



Şərhlər (Facebook)