Azərbaycan İnformasiya Agentliyi (AİA)


Futbolçunun “1 Aprel” zarafatı ölkəni AYAĞA QALDIRDI


Dünyanın məşhur hücumçularından biri, hazırda karyerasını “Konyaspor”da davam etdirən Samuel Eto`Onun “1 Aprel” zarafatı ölkəsində böyük səs-küyə səbəb olub.

Azerbaycaninfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kamerunlu forvard 2019-cu ildə ölkəsində keçiriləcək prezident seçkilərində namizəd olacağını bildirib. Sonradan bunun zarafat olduğu üzə çıxıb.

Bununla belə, Afrika KİV-i Liberiyada sabiq futbolçu Corc Veanın prezident seçildiyini əsas gətirərək Samuelin də şansının böyük olduğunu yazıb.


0 0



Şərhlər (Facebook)