Azərbaycan İnformasiya Agentliyi (AİA)


Təbrizin “Traktor” futbol komandası finala yüksəlib


Təbrizin “Traktor” futbol komandası finala yüksəlib -İranın Şərqi Azərbaycan vilayətinin “Traktor” futbol komandası fevralın 4-də Təbriz şəhərində ölkənin Xuzestan vilayətinin “Fulad” komandası ilə qarşılaşıb. “Traktor” komandası rəqib üzərində 1:0 hesablı qələbə qazanaraq İran çempionatının finalına yüksəlib. Havanın temperaturunun mənfi 10 dərəcə olmasına baxmayaraq oyun “Traktor” azarkeşlərinin böyük coşqusu ilə izlənib.Oyundakı maraqlı məqamlardan biri də, “Traktor”un keçmiş baş məşqçisi, portuqaliyalı Toni Olivieranın futbol meydançasında görünməsi olub. T.Oliviera oyundan əvvəl yerli KİV nümayəndələrinə bildirib ki, o, təbrizli futbol azarkeşlərinin istəyini nəzərə alaraq “Traktor” komandasında baş məşqçiliyi davam etdirəcək. İrana da bu məqsədlə qayıdıb.“Traktor”un İran çempionatının finalında rəqibi Kirman vilayətinin “Mis” komandası olacaq. Qarşılaşma Kirman şəhərindəki stadionda keçiriləcək.


0 0



Şərhlər (Facebook)