Azərbaycan İnformasiya Agentliyi (AİA)


Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib


Futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin ilk görüşləri keçirilib.

azerbaycaninfo xəbər verr ki, İngiltərə və Fransada təşkil olunmuş qarşılaşmaların hər birində iki qol vurulub.

"Arsenal"la səfər matçında İspaniya "Atletiko"su artıq 10-cü dəqiqədə azlıqda qalıb. Şime Vrsalyo ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. Buna etiraz edən baş məşqçi Dieqo Simeone isə texniki zonadan kənarlaşdırılıb.

Meydan sahibləri say üstünlüyündən 61-ci dəqiqədə Aleksandr Lyakazettin qolu ilə yararlana biliblər. Bununla belə, 82-ci dəqiqədə "Atletiko"nun hücumçusu Antuan Qrizmann bərabərlik qolunu vurmağa müvəffəq olub. Bununla da görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Fransada isə "Marsel" "Zaltsburq" üzərində inamlı qələbə qazanıb - 2:0. Qolları 15-ci dəqiqədə Florian Toven, 63-cü dəqiqədə isə Klinton NJi vurub.

Qeyd edək ki, cavab görüşləri mayın 3-də keçiriləcək.

Avropa Liqası, yarımfinal, ilk oyunlar

26 aprel

23:05. "Arsenal” (İngiltərə) – "Atletiko” (İspaniya) - 1:1

Qol: Aleksandr Lyakazett, 61 - Antuan Qrizmann, 82

Qırmızı vərəqə: Şime Vrsalko, 10 ("Atletiko")

Baş hakim: Kleman Türpen (Fransa)


0 0



Şərhlər (Facebook)