Azərbaycan İnformasiya Agentliyi (AİA)


FİFA 8 yığmanın iştirakı ilə futbol üzrə mini dünya çempionatı keçirəcək


FİFA prezidenti Canni İnfantino milli yığmalardan ibarət yeni turnir yaratmaq niyyətindədir. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, yeni yarışma futbol üzrə dünya çempionatının mini variantı olacaq.Yarış 2021-ci ilin oktyabr və ya noyabrından başlayaraq ildə iki dəfə keçiriləcək. "Final 8" adlı turnirdə 8 yığma iştirak edəcək.Bundan əlavə, İnfantino Konfederasiyalar Kubokundan da imtina etməyi planlaşdırır.


0 0



Şərhlər (Facebook)