Azərbaycan İnformasiya Agentliyi (AİA)


Arda Turan cəza aldı


Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komissiyası "Başakşehir" komandasının oyunçusu Arda Turan haqqında qərarını açıqlayıb.
Azerbaycaninfo.az -ın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, A. Turan 16 rəsmi matçda oynamaqdan məhrum edilib.
Qeyd edək ki, Türkiyə Super Liqasının 32-ci turunda keçirilən "Başakşehir" - "Sivasspor" qarşılaşmasında Arda yan hakimin qərarına etirazını bildirib və onu itələyib. Nəticədə baş hakim ona qırmızı vərəqə göstərib. Bu qərardan sonra o, baş hakimin üstünə yeriyərək yumruğunu göstərməklə onu hədələyib.


0 0



Şərhlər (Facebook)