Azərbaycan İnformasiya Agentliyi (AİA)


Messi 5-ci dəfə “Qızıl buts”un sahibi olub


İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi 2017-2018 mövsümünün yekununda “Qızıl buts” mükafatının sahibi olub. “Report”un məlumatına görə, argentinalı hücumçu başa çatan La Liqada 36 oyuna 34 qol vurub. Bununla da 68 xal yığan Messi İngiltərə “Liverpul”unun forvardı Məhəmməd Salahı (Premyer Liqada 36 oyuna 32 qol) üstələyib. Daha əvvəl o, 2010, 2012, 2013 və 2017-ci illərdə də Avropa ölkələrinin çempionatlarında ən yaxşı bombardir olub.
Qeyd edək ki, “Qızıl buts” reytinqində oyunçunun vurduğu qolların cəmi çempionatın müvafiq əmsalına vurulur. “Böyük 5-lik” çempionatlarında hər qol 2 xalla qiymətləndirilir.


0 0



Şərhlər (Facebook)