Azərbaycan İnformasiya Agentliyi (AİA)


““Real“ın hər baxımdan bəxti gətirir” - Xavi


"Barselona"nın sabiq kapitanı Xavi "Real"ın ardıcıl 3-cü dəfə Çempionlar Liqasında qələbəsi barədə danışıb
Azerbaycaninfo.az goal.az-a istinadən xəbər verir ki, veteran futbolçu Madrid klubunun bəxt sarıdan korluq çəkmədiyini də qeyd edib.
""Real"da qalib geni var, Barcelona isə yatıb. Onlar uzun illər transfer bazarında düzgün çalışa bilmirdi. Bu isə maksimal zərər verirdi. "Real"ın hər baxımdan bəxti gətirir. Neymar, Robben, Noyes, Boatenqin zədələnməsi və hakim səhvləri. Finalda Liverpool-un ən vacib futbolçusu zədələndi. "Liverpul" və "Bayern Münhen"in qapıçıları isə kobud səhvlərlə yadda qaldı. Bu, sehrə bənzəyir. Amma problem "Barselona"nın yuxuda olmasındadır. Onlar titullar qazanır, Çempionlar Liqası isə başqalarına qismət olur".


0 0



Şərhlər (Facebook)