Azərbaycan İnformasiya Agentliyi (AİA)


Dünya çempionatı Rusiya iqtisadiyyatını xilas edə biləcəkmi?


Futbol dünyada ən çox baxılan idman növü olduğu üçün onunla bağlı kütləvi tədbirlər də iqtisadi cəhətdən böyük önəm kəsb edir.

Dünya çempionatını təşkil edən ölkələr isə ilk növbədə buradan böyük gəlir əldə etməyi umurlar. Dünya çempionatı olduqca böyük məsrəf tələb etsə də, buraya gələn azarkeş turist axını, sponsorların marağı, bilet satışları həmin xərclərin hamısını nəinki örtür, hətta artıqlaması ilə çıxarır. Bu, həmin dövlətlərin iqtisadiyyatı üçün stimul rolunu oynayır. Lakin bir çox iqtisadçı qarşıdan gələn dünya çempionatının Rusiya iqtisaidyyatına kömək edəcəyinə və möhkəmləndirəcəyinə şübhə ilə yanaşır.

“İqtisadi nöqteyi-nəzərdən bu hadisə böyüməyə uzunmüddətli təsir göstərə bilmək üçün olduqca qısa sayılır”, Almaniyanın “Frankfurter Allgemeine Zeitung” (FAZ) qəzetinə danışan, Almaniyanın İqtisadi araşdırmalar institutunun eksperti Hert Vaqner bildirir.

Məqalədə Moody's reytinq agentliyindən təsbit gətirilir: “Futbol üzrə dünya çempionatınn məhdud müddətini və tədbirin ölkə iqtisaidyyatına gətirdiyi ağır yükü nəzərə alaraq biz milli səviyyədə yalnız kiçik effekti müşahidə edə bilərik”.

Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviçə görə, dünya çempionatının keçirilməsi sayəsində ölkə ÜDM-də (Ümumdaxili məhsul) 1% artış müşahidə edilib. “Əgər çempionat olmasaydı, heç bu da olmazdı” Dvorkoviç etiraf edir.

“Stadionlar tiklir, hava limanları modernləşdirilir. Lakin bütün bunlar ancaq birdəfəlik effekt verə bilər”, - FAZ eksperti Hert Vaqner vurğulayır.

“Rusiya iqtisadiyyatı aşağı təzyiqlə yanan qazda yavaş qaynayan suya bənzəyir”, - “Berenberg Bank”ın Rusiya üzrə eksperti Karsten Hesse qeyd edir. Onun sözlərinə görə, Rusiya iqtisadiyyatına yalnız neftin bahalaşması müsbət təsir göstərə bilirdi. İndi isə neft və qaz ticarəti istədiyi kimi getmir.

“Əsas məsələ bundan ibarətdir ki, Rusiya dünya çempionatının verdiyi imkanlardan öz infrastrukturunu yaxşılaşdırmaq və dünya səviyyəsində daha da yüksəklərə qalxmaq üçün nə dərəcədə istifadə edə biləcək”, - Avrasiya İnkişaf Bankından Yaroslav Lisovolik rəyini bildirib.

Yuxarıda adı çəkilən ekspert Karsten Hessenin fikrincə, ümumiyyətlə bu cür iri miqyaslı turnirlərin ölkə iqtisadiyyatına təsiri olduqca şişirdilir. Onun sözlərinə görə, Rusiyada bu çempionatdan ancaq prezident Putinin yaxın çevrəsi qazanacaq.

“Dünya çempionatının stadionları yarışdan sonra çətin ki, istifadə olunsun. Bu çempionat Rusiyanın hakim sinfinin maraqları naminə boş israfdan başqa bir şey deyil”, - Hert Vaqner sonda qeyd edib.
Dünya çempionatı Rusiya iqtisadiyyatını xilas edə biləcəkmi?
Dünya çempionatı Rusiya iqtisadiyyatını xilas edə biləcəkmi?


0 0



Şərhlər (Facebook)