Azərbaycan İnformasiya Agentliyi (AİA)


Argentina da 1/8 finalda


Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatı çərçivəsində “D” qrupunun son oyunları keçirilib.

Azerbaycaninfo bildirir ki, Argentina Nigeriya yığması ilə qarşılaşıb. Oyun argentinalıların 2:1 hesablı qələbələri ilə başa çatıb. Argentina komandasının qollarını 14-cü dəqiqədə Lionel Messi, 86-cı dəqiqədə Markos Roxo vurub. Nigeriyalılardan isə Viktor Moses fərqlənib. O, penaltini dəqiq yerinə yetirib.

Qrupun digər oyunu İslandiya və Xorvatiya komandaları arasında keçirilib. Bu oyunda da hesab 2:1 olub. Xorvatiya yığması qələbə qazanıb.

Beləliklə, qrupda 9 və 4 xalla 1-ci və 2-ci yerləri bölüşdürən Xorvatiya və Argentina yığmaları “pley-off” mərhələsinə vəsiqə qazanıblar.

Onu da qeyd edək ki, C qrupunda 1-ci olan Fransa D qrupunun 2-cisi Argentinaya rəqib olub.

D qrupunun birincisi Xorvatiya isə C qrupunun ikincisi Danimarka ilə qarşılaşacaq.


0 0



Şərhlər (Facebook)