Azərbaycan İnformasiya Agentliyi (AİA)


Çempionlar Liqasında II turun oyunları keçirilib


 Çempionlar Liqasında II turun oyunları keçirilib
Ötən gün Çempionlar Liqasında II turun qarşılaşmalarına start verilib.
Apasport.az saytının məlumatına görə, ilk oyun günündə E, F, G və H qruplarının komandaları meydana çıxıblar.
“Barselona” Şotlandiyada “Seltik”in qonağı olub. Kataloniyalılar ikinci hissədə vurduğu yeganə qolla 3 xal qazana bilib.
“Atletiko” isə Portuqaliyada “Porto” ilə üz-üzə gəlib. Rəqibin erkən qolu ilə oyuna məğlub başlayan “Land of fire Azerbaijan” formalı klub ikinci hissədə sevinə bilib. Madridlilər əvvəl Qodinlə, sonra Arda Turanla fərqlənib.
Londondakı “Arsenal” - “Napoli” matçında isə Məsut Özil komandasını qələbəyə daşıyıb. Almaniya millisinin türk əsilli futbolçusu bir qol, bir də qol pası ilə ingilislərə 3 xal qazandırıb.
Çempionlar Liqası
II tur
1 oktyabr
E qrupu
“Styaua” (Rumıniya) - “Çelsi” (İngiltərə) - 0:4
QOL: Ramires, 20, 55, Georgievski, 44 (avtoqol), Lampard, 90
“Bazel” (İsveçrə)- “Şalke” (Almaniya) - 0:1
QOL: Draksler, 54
F qrupu
“Borussiya” (Dortmund, Almaniya) - “Marsel” (Fransa) - 3:0
QOL: Levandovski, 20, 79 (pen.) Reus, 52
“Arsenal” (İngiltərə) - “Napoli” (İtaliya) - 2:0
QOL: Məsut Özil, 8, Jiru, 15
G qrupu
"Zenit" (Rusiya) – "Austriya" (Avstriya) - 0:0
"Porto" (Portuqaliya) - "Atletiko" (İspaniya) - 1:2
QOL: Martines, 16 - Qodin, 58, Arda Turan, 86
H qrupu
“Ayaks” (Hollandiya) - “Milan” (İtaliya) - 1:1
QOL: Densvil, 90 - Balotelli, 90 (pen.)
“Seltik” (Şotlandiya) - “Barselona” (İspaniya) - 0:1
QOL: Fabreqas, 76
Qırmızı vərəqə: Broun, 59 (“Seltik” )
2 oktyabr
A qrupu
23:45. "Şaxtyor" (Ukrayna) - "Mançester Yunayted" (İngiltərə)
23:45. "Bayer" (Almaniya) - "Real Sosyedad" (İspaniya)
B qrupu
23:45. “Real” (İspaniya) - “Kopenhagen” (Danimarka)
23:45. “Yuventus” (İtaliya) - “Qalatasaray” (Türkiyə)
C qrupu
23:45. “Anderlext” (Belçika) - “Olimpiakos” (Yunanıstan)
23:45. PSJ (Fransa) - “Benfika” (Portuqaliya)
D qrupu
21:00. MOİK (Rusiya) – "Viktoriya" (Çexiya)
23:45. “Mançester Siti” (İngiltərə)– “Bavariya” (Almaniya)


0 0



Şərhlər (Facebook)