Azərbaycan İnformasiya Agentliyi (AİA)


Madrid “Real”ının borcu 541 milyon avroya çatdı


 Madrid “Real”ının borcu 541 milyon avroya çatdı

"Azerbaycaninfo.com" xəbər verir. Madridid “Real” futbol klubunun borcu 541 milyon avroya çatıb. “İnterfaks”a istinadən məlumata görə, bunu “Madrid dəyərləri uğrunda Assosiasiya” azarkeş qrupunun nümayəndəsi Karlos Mendosa İspaniyanın AS nəşrinə müsahibəsində deyib. “Klubumuz dünyada hamıdan çox qazanır. Amma hamıdan da çox xərcləyir. Son il ərzində mədaxil 1 faiz artıb. Xərclər isə artır”, - Mendosa bildirib. Onun sözlərinə görə, “Kral klubu”nun borcları hazırkı prezident Florentino Peresin dövründə iki dəfə artıb. Karlos Mendosa borcun artmasını “Santyaqo Bernabeu” stadionunun bahalı yenidənqurulması və düşünülməmiş transfer siyasi ilə əlaqələndirir.


0 0



Şərhlər (Facebook)