Azərbaycan İnformasiya Agentliyi (AİA)


İlham Əliyev və xanımı Qubada Qolf klubunda


İlham Əliyev və xanımı Qubada Qolf klubunda

Prezident İlham Əliyev Qubada Azərbaycan Milli Qolf Klubunun açılışında iştirak edib. “AzərTAc”a istinadən məlumata görə, burada yaradılan şəraitlə tanışlıq zamanı Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verilib ki, inşasına ötən il başlanılan klubun 44 qolf avtomobilindən ibarət parkı vardır. Azərbaycan Prezidenti və xanımı elektromobillə klubun ərazisini gəzib. Prezidentə məlumat verilib ki, qolf sahəsinin ümumi ərazisi 92 hektar, meydançanın sahəsi isə 75 hektardır. İnzibati bölmədə idman avadanlığı mağazası və kafe vardır. Bu idman obyektinin Cənubi Qafqaz regionunda bənzəri yoxdur. Belə ki, bu idman qurğusu regionda 18 dəlikli ilk qolf meydançasıdır. Kompleksin ərazisində su maneələri üçün üç süni göl yaradılmışdır. Burada həm də qolf üzrə müxtəlif treninqlərin keçirilməsi nəzərdə tutulur. Azərbaycan Milli Qolf Klubundakı şərait dünya standartlarına tam cavab verir. Buna görə də gələcəkdə burada müxtəlif beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsi mümkündür. Belə bir obyektin yaradılması nəinki Qubanın, ümumilikdə bölgənin turizm sektorunun inkişafına mühüm töhfə verəcəkdir. Bu, regional kiçik və orta biznesin yeni səviyyəyə çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevə və xanımı Mehriban xanım Əliyevaya xatirə hədiyyələri təqdim olunub.


0 0



Şərhlər (Facebook)