Azərbaycan İnformasiya Agentliyi (AİA)


"CimBom" işini çətinə saldı


"CimBom" işini çətinə saldı

Çempionlar Liqasının qrup mərhələsində IV turun oyunlarına start verilib. İlk oyun günündə 8 qarşılaşma baş tutub. A qrupunda "Real Sosyedad" öz meydanında "Mançester Yunayted"i, "Şaxtyor" isə "Bayer" (Leverkuzen) klubunu qəbul edib. Hər iki görüşdə hesab açılmayıb.

B qrupunda Türkiyənin yeganə təmsilçisi "Qalatasaray" klubu Danimarkada "Kopenhagen"in qonağı olub. Görüş 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Digər oyunda isə "Yuventus" Turində "Real" (Madrid) klubunu sınağa çəkib. Maraqlı keçən oyunda qapılara dörd qol vurulub - 2:2

23:45. "Real Sosyedad" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 0:0
Qırmızı vərəqə: Fellaini, 90 ("Mançester Yunayted")

23:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Bayer" (Leverkuzen, Almaniya) - 0:0

23:45. "Kopenhagen" (Danimarka) - "Qalatasaray" (Türkiyə) - 1:0
Qol: Braaten, 6 (1:0)

23:45. "Yuventus" (İtaliya) - "Real" (Madrid, İspaniya) - 2:2
Qollar: Vidal, 42 (1:0), Ronaldo, 52 (1:1), Beyl, 61 (1:2), Lorente, 65 (2:2)
23:45. PSJ (Fransa) - "Anderlext" (Belçika) - 1:1
Qollar: De Zeeuv, 68 (0:1), İbrahimoviç, 70 (1:1)

23:45. "Olimpiakos" (Yunanıstan) - "Benfika" (Portuqaliya) - 1:0
Qol: Manolas, 13 (1:0)

23:45. "Mançester Siti" (İngiltərə) - CSKA (Moskva, Rusiya) - 5:2
Qollar: Aquero, 3-pen (1:0), 20 (2:0), Neqredo, 30 (3:0), Dumbia, 45 (3:1), Neqredo, 51 (4:1), Dumbia, 71 (4:2), Neqredo, 90+2 (5:2)

23:45. "Viktoriya" (Çexiya) - "Bavariya" (Almaniya) - 0:1
Qol: Manjukiç, 65 (0:1)

Orxan, "azerbaycaninfo.com"


0 0



Şərhlər (Facebook)