Azərbaycan İnformasiya Agentliyi (AİA)


“Polkovnik” ləqəbli Qarabağ döyüşçüsünün idmançı oğlu qızıl medal aldı


“Polkovnik” ləqəbli Qarabağ döyüşçüsünün idmançı oğlu  qızıl medal aldı

Turac Vəlizadə: “Biz hələ Qarabağı azad etməliyik, çempion olmaq üçün isə vaxt çoxdur”

Noyabrın 3-də “Zirvə’’ İdman Klubunda keçirilən cüdo üzrə açıq birinciliyində 13 çəki dərəcəsində 81 idmançı iştirak edirdi. Yarışın sonunda qaliblərə medal və fəxri fərmanlar verilən zaman 21 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsində Vəlizadə Turac adlı balaca, cılız uşaq diqqətimi cəlb etdi. Baş məşqçi Hətəm Əhmədov qızıl medalı təqdim edərkən bu uşağın parlaq gələcəyi olacağını dedi. Amma həmin uşaq gözlənilmədən ,,Mən çempion olmaq üçün məşq etmirəm’’ söylədi. Düzü bu cavab hamı üçün maraqlı olduğundan uşaqdan ,,Bəs nə üçün məşq edirsən?’’ deyə soruşdum. Uşaq cavabında “Biz hələ Qarabağı azad etməliyik, çempion olmaq üçün isə vaxt çoxdur’’- deyə cavab verdi.

“Polkovnik” ləqəbli Qarabağ döyüşçüsünün idmançı oğlu  qızıl medal aldı

Sonradan məlum oldu ki, bu uşaq 1991-2004-cü illərdə Azərbaycan ordusunda xidmət etmiş, “Polkovnik’’ ləqəbi ilə tanınan, Ağdərə bölgəsində minaya düşmüş, II dərəcəli Qarabağ əlili Vəliyev Rafiqin oğludur. Rafiq hazırda ehtiyatda olan zabitdir və yenə də ehtiyac olsa xidmət etməyə hazırdır. Doğrudan da uşağın körpəlikdən vətənpərvərlik ruhunda tərbiyə edilməsində ailənin böyük rolu var.
Azərbaycan İnformasiya Agentliyinin kollektivi isə Turaca uğurlar diləyir və yeni-yeni müvəfəqiyyətlər arzulayır.

Aydın, “azerbaycaninfo.com”


0 0



Şərhlər (Facebook)