Azərbaycan İnformasiya Agentliyi (AİA)


“Naxçıvana 278,9 milyon manat dotasiya ayrılacaq”


“Naxçıvana 278,9 milyon manat dotasiya ayrılacaq”
Samir Şərifov: “Naxçıvana 278,9 milyon manat dotasiya ayrılacaq”
2017-ci il üçün Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olaraq 348,4 mln. manat proqnozlaşdırılır. Musavat.com xəbər verir ki, bu barədə parlamentdəki büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifov deyib. Nazirin sözlərinə görə, xərclərin 19,9 faizi və ya 69,5 mln. manatı Naxçıvan Muxtar Respublikasının öz gəlirləri, 80,1 faizi və ya 278,9 mln. manatı dövlət büdcəsindən ayrılan dotasiya hesabına formalaşdırılacaq. Maliyyə naziri bildirib ki, dövlət büdcəsinin xərcləri təqribən 8 faiz azaldığı halda, blokada vəziyyətində olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərclərində azalma yalnlız 0,8 faiz təşkil edəcək, bu isə sosial sahələrə təsir etməyəcək.


0 0



Şərhlər (Facebook)