Azərbaycan İnformasiya Agentliyi (AİA)


Hökumət Tarif Şurasına görə büdcəyə dəyişiklik etdi


Samir Şərifov: “Gəlir və xərclər 300 milyon manat artırılıb”
“Tarif Şurasının bəzi kommunal xidmətlərin qiymətlərini differensiallaşdırması ilə əlaqədar gələn ilin dövlət büdcəsində gəlir və xərclər 300 milyon manat artırılıb”.
Xəbər verilir ki, bunu Milli Məclisdəki dövlət büdcə zərfinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib ki, 2017-ci il üçün dövlət büdcəsinin gəlir və xərcləri artırılması təklif olunur: “Başqa sözlə, gələn ilin dövlət büdcəsinin gəlirləri 1,88 faiz, xərcləri isə 1,81 faiz artırılıb. Bununla da, gələn il dövlət büdcəsinin gəlirləri 16 mlrd. 255 mln. manat, xərcləri isə 16 mlrd. 900 mln. manat - o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 mlrd. 634 mln. 706 min manat, yerli gəlirləri 620 mln. 294 min manat, mərkəzləşdirilmiş xərcləri 16 mlrd. 211 mln. 286 min manat, yerli xərcləri 688 mln. 714 min manat - məbləğində nəzərdə tutulur”.
Yeri gəlmişkən, bununla da Tarif Şurasının son bahalaşma qərarına yenidən baxılması barədə gözləntilərin özünü doğrultmadığını demək olar.
S.Şərifov onu da deyib ki, 2017-ci ilin dövlət büdcəsi zərfi əvvəlki illərlə müqayisədə öz yığcamlığı ilə fərqlənir. Ancaq onun dediyinə görə, büdcə zərfi iqtisadi artımın həyata keçirilməsi üçün zəmin yaradacaq. Maliyyə naziri deputatları büdcə zərfinə səs verməyə çağırıb.


0 0



Şərhlər (Facebook)