Azərbaycan İnformasiya Agentliyi (AİA)


1,8 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib


1,8 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib

Cari ilin noyabr ayında ölkə enerji sistemində 1,8 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Bu barədə “Azərenerji” ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib. Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilmişdir. Mənbənin bildirdiyi digər bir məlumata görə, cari ilin 11 ayı ərzinndə isə 19,3 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

Aydın, "azerbaycaninfo.com"


0 0



Şərhlər (Facebook)