Azərbaycan İnformasiya Agentliyi (AİA)


Afrika ölkələrindən 8,6 milyon dollarlıq idxal



“2016-cı il ərzində Azərbaycan Afrika ölkələrindən 8,6 mln. dollarlıq kənd təsərrüfatı və ərzaq məhsulları idxal edib”.

Azərbaycaninfo.az Oxu.Az-a istinadən xəbər veri ki, bunu nazir Heydər Əsədov “Türkiyə-Afrika kənd təsərrüfatı nazirlərinin 1-ci iclası və biznes forum”da bildirib.

“Azərbaycan Afrika ölkələrinə isə 251 min dollar həcmində məhsul ixrac edib. Ümumilikdə isə kənd təsərrüfatı məhsullarının idxal və ixrac edildiyi Afrika ölkələri arasında Cənubi Afrika Respublikası, Əlcəzair, Həbəşistan, Misir, Keniya, Qana, Madaqaskar və digər Afrika ölkələr yer alır”, - deyə H.Əsədov əlavə edib.


0 0



Şərhlər (Facebook)