Azərbaycan İnformasiya Agentliyi (AİA)


Vahid Ələkbərov beş ay ərzində bir milyard dollar itirib



“LUKoil”un prezidenti və 22,7% səhmlərinin sahibi Vahid Ələkbərov bu ilin əvvəlindən şirkətin səhmlərinin ucuzlaşmasına görə bir milyard dollar pul itirib.

Azerbaycaninfo.az xəbər verir ki, hər gün yenilənən Bloomberg Billionaires Index-ə (BBI) görə, onun itkisi digər milyarderlərin itkisindən daha çoxdur.

BBİ-nin 2017-ci ilin may ayının 31-nə olan məlumatına görə, neft maqnatının sərvəti 11 milyard dollardan ibarətdir.

Qeyd edək ki, “LUKoil” şirkətinin səhmləri ilin əvvəlindən 18% ucuzlaşıb.


0 0



Şərhlər (Facebook)