Azərbaycan İnformasiya Agentliyi (AİA)


Dünya Bankı 141 ölkə üzrə adambaşına düşən sərvətin dəyərini açıqlayıb


“Son 20 il ərzində dünyada rifah səviyyəsi yüksəlib, 20-dən çox ölkədə əhalinin müxtəlif qrupları üzrə adambaşına düşən gəlir bu göstərici üzrə azalıb və ya dəyişməyib”.

“APA-Economics” xəbər verir ki, bu barədə Dünya Bankının “Millətlərin Sərvəti – 2018: Dayanıqlı gələcəyin qurulması” adlı hesabatında qeyd olunub.

Hesabatda 1995-2014-cü illər ərzində 141 ölkədə insanların rifah səviyyəsi üzrə göstəricilər yer alıb. Hesabata əsasən, Norveç adambaşına düşən sərvətin dəyərinə görə 1 mln. 614,756 min dollarla birinci, Qambia Respublikası isə 5,208 min dollarla sonuncu pillədə qərarlaşıb.

Azərbaycanda isə 2014-cü ildə adambaşına düşən sərvətin dəyəri 85,341 min dollar təşkil edib. Bildirilir ki, 2014-cü ildə Azərbaycanda adambaşına düşən xalis xarici aktivlərin dəyəri 7,384 min dollara bərabər olub.


0 0



Şərhlər (Facebook)