Azərbaycan İnformasiya Agentliyi (AİA)


Azərbaycanda xəstəlik yayan GMO məhsullarla MÜBARİZƏ


Uzun gümrah və xəstəliklərsiz ömür yaşamağın əsasını – sağlam qida təşkil edir.

Qidalara gəlincə, internet dövründə yaşayırıq, hazırda istehsal olunan qida məhsulları ilə bağlı az qalsın, bütün dünyada həyəcan təbili çalınır.

Çünki süd, toyuq, kəsmik və sair bu qəbildən olan məhsulların ömrünü uzatmaq üçün tərkibinə konservant dediyimiz antibiotiklər vurulur. Amma bu məhsulları davamlı qəbul edən insanların ömrünü “yeyir”.

Dədə-babadan kəndlərdə inəyin südünü bir gün saxlayardın, növbəti gün çürüyərdi. Amma indi piştaxtalarda bərbəzəkli qablaşdırılmada qoyulan südün üzərinə saxlanma müddəti bir il yazılır. Alıb, evdə istifadə edib, qalanını soyuducuya qoyursan, həftələrlə qalsa da, xarab olmur. Südün dadı-tamı isə başqa bir mövzudur.

Bəli, son illər ölkədə istər böyük, istərsə də kiçik qida məhsulları satılan marketlərdə, əhalinin həyatı ilə oynayırlar desək, yerinə düşər. Amma ekoloji təmiz məhsulları seçib, kimyəvi analoqlarından imtina etmək istehlakçıların öz əlindədir. Bazarda tələb təklifi yaradır. Deməli, ölkəyə idxal olunan ”bər-bəzəkli” məhsullardan imtina edib yerli məhsulların istifadəsinə keçsək gələcək nəsilin zağlamlığına zəmin yaratmış olarıq.


0 0



Şərhlər (Facebook)