Azərbaycan İnformasiya Agentliyi (AİA)


“Bank Standard”a müvəqqəti inzibatçı təyin edildi


“Bank Standard”a müvəqqəti inzibatçı təyin edildi

Bankda likvidlik və kapitallaşma göstəriciləri pisləşib


Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Bank Standard” QSC-yə müvəqqəti inzibatçı təyin edib.

Azərbaycaninfo.az istinadən xəbər verir ki, MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

Qeyd edilib ki, son dövrlər “Bank Standard” KB-nın aktivlərinin keyfiyyətinin pisləşməsi nəticəsində bankın likvidlik və kapital mövqeyi zəifləmiş, kreditorlar qarşısında öhdəliklərin icrasında çətinliklər yaranıb.

MBNP “Bank Standard” KB-da yaranmış mövcud vəziyyəti qiymətləndirmək üçün yoxlama təyin edilibPalatanın qiymətləndirməsi göstərmişdir ki, mövcud səhmdarlar və idarəetmə orqanları bankda yaranmış çətinlikləri həll etmək üçün yetərli resurslara sahib deyillər. Məhz bu səbəbdən bankda yaranmış problemləri tənzimləmək üçün dövlət tərəfindən məlum qərar qəbul olunub.

Hazırda bankda mövcud olan kritik likvidlik probleminin həlli üçün dövlət “Bank Standard”a yetərli həcmdə maliyyə vəsaitləri ayırmış və bu vəsaitlər artıq bankın hesabına köçürülüb.

Bankın likvid aktivlərinin səfərbər edilməsi və lazım ola biləcək əlavə dövlət dəstəyinin həcmini müəyyənləşdirmək üçün məhkəmə qərarı ilə 1 ay müddətinə fiziki və hüquqi şəxslərin əmanətlərinin ödənilməsi dayandırılıb (moratorium qoyulmuşdur).

Bir ay müddətində dövlət dəstəyinin həcmi tam müəyyənləşdikdən sonra əmanətçilər öz depozitlərindən istifadə edə biləcəklər.

Tətbiq olunmuş moratorium heç bir halda bankın və onun müştəriləri olan təşkilatların işçilərinə əmək haqlarının ödənişinə şamil olunmur. Artıq banka ayrılmış likvidlik dəstəyi hesabına əmək haqlarının ödənişinin keçirilməsinə başlanılıb.

Müvəqqəti inzibatçı bankın borcları üzrə öhdəliklərin icrası ilə yanaşı, verilmiş kreditlərin qaytarılması ilə də məşğul olacaq. Belə ki, MBNP bank tərəfindən verilmiş kreditlərin xidmət olunmasında borcalanları öhdəliklərini yüksək intizamla icra etməyə dəvət edir.



0 0



Şərhlər (Facebook)